“15 iyun yalnız 1990-cı illərin təqvim hadisəsi deyil və 20 senyabr 2023-cü ildən sonra bütün əzəməti ilə aydın görünən dönüş nöqtəsidir: "Əslində Ulu Öndərin tərcümeyi-halının yarım əsri onlarla xilaskarlıq səhifəsi ilə doludur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında deyib.O bildirib ki, hazırda Azərbaycana qələbə gətirən “Dəmir yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur: "Ordusuz "Horadiz əməliyyatı", silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin “dəmir iradə”nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, “Lissabon sammitindən sonraerməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib böyük liderdən əfv diləsinlər".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta