Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb.
Bu barədə Milli.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun