AZ

Gümüş kəskin bahalaşır

Yazını böyüt
Yazını kiçilt

Qızılın dəyəri daha çox artdıqda yığım vasitəsi kimi nisbətən ucuz dəyərli metallara da maraq artır

Dünya bazarında gümüşün kəskin bahalaşacağı proqnozlaşdırılır. Belə ki, UBS gümüş ilə bağlı proqnozlarını yüksəldib.UBS strateqləri gümüşün yaxın perspektivdə qızılı üstələyəcəyini gözləyərək, gümüş qiymətləri ilə bağlı proqnozlarını artırıblar. Başqa sözlə, gümüşün 2024-cü ilin sonuna olan qiymət hədəfini 20 faiz artıraraq 36 dollara çatdıran bank, orta qiymət gözləntisini isə 14 faiz artıraraq 30,5 dollara çatdırıb. Starteqlərin sozlərinə görə, gümüş ilə bağlı yeni qiymət gözləntiləri qızıla nisbətən daha yüksək performansı əks etdirir.

Yeri gəlmişkən, Avropanın ən böyük ikinci bankı olan “Commerzbank” da 2024-cü ilin sonu və sonrakı dövr üçün qiymətli metallar bazarı ilə bağlı fikirlər təqdim edərək, gümüş və qızıl qiymətləri ilə bağlı proqnozlarına yeniləyib. “Commerzbank”ın proqnozuna görə gümüş qiymətləri yüksələ bilər . Qızıla gəlincə, bank 2024-cü ilin ikinci yarısında qızıl qiymətlərində azalma gözləyir. Bank həm 2024-cü ilin sonu, həm də 2025-ci il üçün gümüş qiymətləri ilə bağlı proqnozlarını artırıb. Yenidən işlənmiş proqnoz, gümüşün unsiyasının qiymətini 2024-cü ilin sonuna qədər əvvəlki 29 dollar proqnozunu 30 dollar səviyyəsində qaldırıb. “Commerzbank” 2025-ci ilin sonuna qədər gümüşün əvvəlki 31 dollar proqnozu ilə müqayisədə 32 dollara çatacağını gözləyir. 2024-cü ilin ikinci yarısında qızılın unsiya qiymətinin 2300 dollara düşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, gümüşdə bahalaşma 2024-cü ilin martından müşahidə edilir. Ekspertlər gümüşün bahalaşmasının əsas səbəbi kimi qızılın dəyərinin artmasını göstərirlər.

Məsələni qəzetimizə şərh edən iqtisadçı-alim Fuad İbrahimov deyir ki, qızıl bahalaşdıqda digər qiymətli metallar da bahalaşır: “Son 10 ilin müşahidələri göstərir ki, dünya bazarında əlvan metallar, xüsusilə də qızıl bahlaşmaqda davam edir. Qızılın dəyəri daha çox artdıqda yığım vasitəsi kimi nisbətən ucuz dəyərli metallara da maraq artır. Yəni, qızılla bərabər digər metallar da bahalaşır. Hazırda dünyada belə bir tendensiya yaranıb ki, bir çox ölkələr ehtiyatlarını qızıl formatında saxlamağa üstünlük verir. Məsələn, təkcə qardaş Türkiyə son 2 ildə bu istiqamətdə ehtiyatlarını bir neçə dəfə artırıb. Bundan başqa, Hindistan, Çin, Rusiyada bu istiqamətdə hərəkətlilik müşahidə olunur. Daha çox dollarlaşmadan alternativ mənbələrə keçmək nöqteyi-nəzərindən qızıla üstünlük verilir. Bu fonda qızıl bahalaşmaqla öz arxasınca gümüşü də dartmış olur. Çox güman ki, tendensiya hələlik bu şəkildə davam edəcək”.

Seçilən
175
hafta.az

1Mənbələr