Hasan Can Kaya saxlanıldı
Türkiyəli məşhur komediya ustası Hasan Can Kaya saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 23 yaşlı qızı evində məcburi saxlamaqda ittiham olunub.
Belə ki, Hasan Can İstanbulada bir universitetin məzun gecəsində tanış olduği qızı evində saxlayaraq, getməsinə icazə verməyib.
Gənc qız dostuna ünvan da daxil olmaqla “Məni xilas et”, - deyə mesaj göndərib. Mesajı görən dostu polisə məlumat verib. Polis həmin ünvana gedərək, qızı xilas edib.
Gənc qız şikayətçi olduğunu bildirdikdən sonra polis Hasan Can Kayanı polis idarəsinə aparıb.
Ancaq gənc qız polis idarəsində onu saxlayan Kayadan şikayətçi olmadığını bildirib.
Prokurorluq ifadəsi alındıqdan sonra polis idarəsində olan Hasan Can Kayanın azadlığa buraxılması barədə göstəriş verib. Hasan Can ifadəsi alınarkən ittihamları rədd edib.
Hadisə ilə bağlı sosial media hesabından açıqlama verən Kaya iddiaların real olmadığını bildirib və onun nüfuzuna xələl gətirildiyini qeyd edən Kaya qanuni hüquqlarından istifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, Hasan Can Kaya hazırda “Konuşanlar” adlı proqramın aparıcısıdır.