“Tesla”nın baş direktoru İlon Mask şirkətin illik səhmdar yığıncağında “Optimus” adlı insanabənzər robotların inkişafı ilə bağlı mühüm açıqlamalar verib.
İndex.az xəbər verir ki, Mask 2025-ci ilə qədər “Tesla” fabriklərində minlərlə robotun işləyə biləcəyini bildirib.
O bildirib ki, hazırda iki “Optimus” robotu “Tesla”nın Kaliforniya ştatının Fremont şəhərindəki fabrikində bu akkumulyator elementləri ilə bağlı tapşırıqları yerinə yetirir və bu robotların çoxu Palo Altodakı ofislərində dolaşırlar.
Mask, “Optimus”un bu ilin sonu və ya gələn ilin əvvəlində başa çatacaq böyük bir aparat təmirindən keçəcəyini və bunun ardınca məhdud istehsalın olacağını açıqladı. Bu istehsal prosesi zamanı robotlar fabriklərdə daha da sınaqdan keçiriləcək.
Mask, “Tesla”nın istehsal, mühəndislik, süni intellekt və proqram imkanları sayəsində “Optimus” robotlarını uğur qazanacağına inandığını söylədi.
İlon Mask 2025-ci ilə qədər minlərlə “Optimus” robotunun “Tesla”nın fabriklərində işləyəcəyini proqnozlaşdırır. Robotların təhlükəli, təkrarlanan və darıxdırıcı işləri aradan qaldıraraq “Tesla”nın insan iş gücünə töhfə verəcəyini ifadə edən Mask, bu robotların yüksək dərəcədə avtonom olacağını və bir insan həmkarından təlimat ala biləcəyini ifadə etdi.