AZ

700 bal toplayan vunderkind - "Nəticəmə baxmağa cürət etmirdim"

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

 

AzEdu.az Təhsil Portalı olaraq Zərifə İlyasova ilə əlaqə saxladıq.

 

O, şad xəbərlə bağlı təəssüraflarını bizimlə bölüşüb:

 

“”Son zəng” dən evə gəldim. Sinif yoldaşlarım mənə xəbər etdilər ki, nəticələr açıqlanıb. Hətta telefona da “sms” gəlmişdi. Düzdür, 700 bal toplayacağımı gözləyirdim, amma yenə də nəticəmə baxmağa cürət edə bildim. Çünki bu imtahan buraxılış kimi deyildi. Düşünürəm ki, 400 bal toplamaq tamamilə fərqli bir hissdir. Telefonu ilk növbədə anama verdim. İlk mesajı anam gördü və o mənə 400 bal topladığımı söylədi. Daha sonra bu şad xəbəri bütün ailə üzvlərimlə paylaşdıq. Hər kəs çox sevinir. Demək olar ki, paylaşmağıma da ehtiyac qalmamışdı. Çünki hər kəs bilirdi”.

 

Həmsöhbətimiz gələcək hədəfinin ADA Universitetində Riyaziyyat fakültəsini oxumaq olduğunu qeyd edib:

 

“Magistrarura təhsilimi xaricdə oxumağı planlaşdırıram. Sahə olaraq Data analtika üzrə işləmək istəyirəm”.

 

Z.Əliyeva abituriyentlərə səhv etməkdən qətiyyən qorxmamağı tövsiyə edib:

 

"Klassik formullar var ki, (çalışqan, məsuliyyətli olmaq və s.) bunu hər həs bilir və dəfələrlə qeyd edir. Tövsiyəm budur ki, səhv etməkdən qətiyyən qorxmamaq lazımdır. Yeri gələndə istirahətimizə fikir verməli, səhvlərdən dərs çıxarmalı çoxlu testlər işləməliyik”.

 

 

 

 

 

 

 

 

 

Seçilən
154
15
azedu.az

10Mənbələr