AZ

Həbsdən çıxan gün keçmiş arvadını oğurladı

Adam oğurluğunda təqsirləndirilən Şamo Qocayev, Ayaz Heydərli və Anar Talıblının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər - Şamo Qocayev 10 il, Ayaz Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib. SEO Nədir

İstintaqla müəyyən edilib ki, Şamo Qocayev keçmiş həyat yoldaşı Aygün Əhmədovanı dayısı oğlu Ayaz Heydərli və Anar Talıblı ilə birgə oğurlayıb. Onlar Aygün Əhmədovanın müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurublar. Zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək, yüngül dərəcəli bədən xəsarətləri yetirməklə adam oğurluğu cinayətini törədiblər.

Məlum olub ki, Şamo hadisə günü həbsdən çıxıb. Onu türmənin qarşısında dayısı oğlu Anarla birlikdə qarşılayıblar. Şamo keçmiş arvadını görmək istəyib. Buna görə də onun yaşadığı evin yanına gəlib.

Orada birlikdə maşına oturublar. Maşında keçmiş ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Şamo keçmiş avadını döyüb.

Daha sonra Şamo sürücüyə Salyana sürməyi tələb edib. Qaradağ rayonunun Lökbatan qəsəbəsində həbs olunublar.

Şamo Qocayev və Ayaz Heydərliyə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), Anar Talıblıya isə 144.2.3-cü Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Seçilən
184
3
yenisabah.az

4Mənbələr