AZ

Ermənistan hakimiyyəti bunu etməyə borcludur – Petrosyan

Ermənistanın birinci prezidenti Ter-Petrosyanın partiyası parlament yaxınlığında baş verən qarşıdurmalarda hakimiyyəti və təhlükəsizlik qüvvələrini günahlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, sabitliyi qorumaq üçün hakimiyyət müxalifətlə qarşıdurmaya deyil, dialoqa və siyasi həll yollarına can atmağa borcludur.

“Baş nazir Paşinyan və komandasının məsuliyyətsiz hərəkətləri vəziyyəti daha da gərginləşdirdi. Polisin müxalif deputatların parlament binasına daxil olmasına əngəl yaratmaq hüququ yoxdur və bu hərəkətlər vəziyyəti daha da pisləşdirib”, – bəyanatda vurğulanıb.
Seçilən
225
bakuinform.agency

1Mənbələr