AZ

Lamin Yamal Avropa çempionatlarının tarixinə düşüb

İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, AVRO-2024-də qrup mərhələsinin I turu çərçivəsində Xorvatiya ilə görüşdə meydana çıxan 16 yaşlı hücumçu turnirlər tarixinin ən gənc futbolçusu adını qazanıb.

L.Yamal bununla da AVRO-2020-də Polşa millisinin heyətində 17 yaşında meydana çıxan Kaçper Kozlovskiyin ən gənc futbolçu rekordunu yeniləyib.

Seçilən
175
3
ikisahil.az

4Mənbələr