AZ

Qubaya leysandan sonra sel gəldi - AAYDA əməkdaşları təhlükə ilə ÜZLƏŞDİLƏR - VİDEO

Güclü leysan yol təsərrüfatı işçilərinin bərpa etdiyi yolları növbəti dəfə dağıdaraq uçurub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 11 saylı Xüsusi Təyinatlı yol idarəsinin rəisi Hikmət Seyidov məlumat verib.

Onun sözlərinə görə, güclü sel onları da Qarxun kəndində haqlayıb. Belə ki, əməkdaşlar təhlükəli vəziyyətlə üzləşiblər.
Bununla belə qurumun əməkdaşları xüsusi texnikalarla dağılmış yolların bərpasını həyata keçiriblər. Çətinliklə də olsa Adur, Qarxun, Xaltan, Rük istiqamətində bütün kənd yollarında hərəkət bərpa edilib.

Vətəndaşların müraciəti əsasında kənddaxili yolların təmizlənməsi həyata keçirilib.

 

 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
6
bizim.media

10Mənbələr