İsrail Müdafiə Qüvvələri (IDF) humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda hər gün səhər saat 09:00-dan 20:00-ə kimi (Bakı vaxtı ilə) döyüş əməliyyatlarında taktiki fasilə tətbiq edəcəyini bildirib.
Bu barədə İsrail ordusunun bəyanatında deyilir.
Qeyd olunur ki, fasilə Kerem Şalom keçid məntəqəsindən Salah əd-Din magistralına və daha şimala gedən marşrutda tətbiq olunur.