AZ

“Sabah”ın yay hazırlıq planı açıqlandı

“Sabah”ın yay hazırlıq planı bəlli olub.


Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda növbəti mövsümün hazırlığına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq.

İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. “Sabah” iyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacaq. Komanda iyulun 18-də Bakıya qayıdacaq.


Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Komanda Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.

Seçilən
126
24
futbolinfo.az

10Mənbələr