AZ

Blinken müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

“ABŞ çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır”
ABŞ dövlət katibi Antoni Blinken Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.
AYNA xəbər verir ki, bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir. “Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır”,- deyə A.Blinkenin açıqlamasında qeyd olunub.
ABŞ rəsmisi bildirib ki, ölkəsi müsəlman amerikalıların və çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
8
ayna.az

10Mənbələr