AZ

Xameneyi 2654 məhkumun əfv olunmasına “hə” dedi

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xameneyi 2654 məhkumun əfv edilməsi və onların azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul edib.

İran KİV-i xəbər verir ki, Xameneyi Qurban və Qədir Xum bayramları ilə əlaqədar hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunmuş  2654 məhkumun əfv edilməsi, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifinə “hə” deyib.

Təklifi Xameneiyə İranın ədliyyə naziri Qulam Hüseyn Möhsini təqdim etmişdi.

Seçilən
97
4
oxu24.com

5Mənbələr