AZ

Türkiyə millisində Gürcüstanla oyunqabağı CİDDİ İTKİLƏR 

Barsinqhauzendəki düşərgə mərkəzində məşqçi Vinçenso Montellanın rəhbərliyi altında baş tutan Türkiyə millisinin məşqi mətbuata qapalı keçirilib. 

Hələ müalicəsi davam edən İrfan Can Kahveci məşqə qatılmadığı halda, Barış Alper Yılmaz ehtiyat məqsədilə məşqə qatılmayıb. 

Dünənki məşqə ehtiyat məqsədilə qatılmayan İsmail Yüksek bu gün komanda ilə birgə hazırlaşıb.  SEO Xidməti

Məşqin isinmə hərəkətləri ilə başladığı, taktiki məşqlərlə yekunlaşdığı bildirilib. 

Məşqi Türkiyə Futbol Federasiyasının sədr müavini Mustafa Eröğüt və Milli Komandalar İdarə Heyətinin üzvü Hamit Altıntop da izləyib.

Türkiyə millisi sabah saat 12.00-da məşqlə Barsinghauzendəki hazırlığını tamamlayacaq və saat 17.15-də Gürcüstan matçı üçün Dortmund şəhərinə yollanacaq.//Offsideplus.az 


Telegram kanalımız
Seçilən
116
13
yenisabah.az

10Mənbələr