AZ

Ağdamda 10 tüfəng polisə təhvil verilib  

Ağdamda 10 tüfəng polisə təhvil verilib.

Bu barədə Referans.az-a Daxili İşlər Nairliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri 10 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
23
referans.az

10Mənbələr