Vaşinqton Universitetinin tədqiqatçıları ağcaqanadların qidalanma davranışını öyrəniblər.
Publika.az xəbər verir ki, bu barədə “Fox Weather” yazıb.
Alimləri xüsusilə ağcaqanadların qida mənbələrini necə tapması, o cümlədən ilk növbədə nektarla qidalanan erkək ağcaqanadlar və yumurta istehsalını dəstəkləmək üçün qan tələb edən dişi ağcaqanadlar arasındakı davranış fərqləri maraqlandırıb. Tədqiqatçıların fikrincə, ağcaqanadlar bəzi insanlar digərlərindən daha tez-tez sancırlar.
“Dərimizin qoxusu, tərimiz, nəfəsimiz, buraxdığımız karbon qazı əslində ağcaqanadlar üçün çox güclü bir siqnaldır. Və təbii ki, geyindiyimiz paltarlar”, - alimlər qeyd edirlər.
Tədqiqatçılar bildiriblər ki, ağcaqanadlar ağ və yaşıl rəngləri sevməsələr də, onları xüsusilə qırmızı və qara rəng cəlb edir.