AZ

“Şamaxı” Premyer Liqaya doğma meydanda hazırlaşacaq

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı”nın yay hazırlıq planı məlum olub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplanışı Şamaxıda baş tutacaq və iyulun 1-də start götürəcək.

Komandanın hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırılır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.

Xatırladaq ki, geridə qalmış 2023/2024 mövsümünü Birinci Liqanın çempionu kimi başa vurmuş “Şamaxı” növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
6
arena.az

10Mənbələr