Qaynaq işləri aparan zaman yanıq xəsarətləri alan Goranboy sakini 1994-cü il təvəllüdlü Bayramov Etimad Mahmud oğlu Bakıya aparılır.
APA-nın yerli bürosunun məlumatlna görə, Tatarlı kəndində yük maşınının yanacaq çəninin partlaması zamanı ağır yanıq xəsarətləri alan E. Bayramov paytaxtda yerləşən yanıq mərkəzinə yola salınıb.
***
17:34
Goranboyda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü Bayramov Etimad Mahmud oğlu özünə məxsuz avtomobillin yanacaq çənində qaynaq işləri aparan zaman partlayış olub.
Ağır yanıq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib