Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) təxminən 10 milyon dollar əlavə yardım edəcəyini açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim, Norveçin verdiyi yardımdan əlavə, 2024-cü ilin əvvəlində UNRWA-ya əlavə 10 milyon dollar yardım göndərəcəyini açıqlayıb.
“UNRWA Qəzzada humanitar fəaliyyətlərin əsasını təşkil edir” deyə bildirən Tvinnereim, İsrailin irəli sürdüyü ittihamlara görə agentliyin maliyyə sıxıntısı yaşadığını xatırladıb.
Tvinnereim UNRWA əməkdaşlarına, məktəblərə və xəstəxanalara hər gün hücum edildiyini və Agentliyin Fələstində fəaliyyət göstərməsinin getdikcə çətinləşdiyini bildirib.
Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını elan edib.