AZ

Ermənistanın ABŞ “çətiri” altına keçməsi bunu mümkünsüz edir: Moskvadan xəbərdarlıq

Ermənistanın ABŞ və NATO-nun “çətiri” altına keçməsi KTMT çərçivəsində vahid müdafiə məkanının saxlanmasını qeyri-mümkün edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”ya Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib. Müsahibənin tam mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Ermənistanın təhlükəsizlik sahəsində suverenliyinin daha da aşınması, ABŞ və NATO-nun “kağız çətiri” altında Qərb nümunələrinə keçid, sadəcə olaraq Rusiya və KTMT çərçivəsində vahid müdafiə məkanının saxlanmasını qeyri-mümkün edəcək”, - Qaluzin deyib.

Rusiyalı diplomat qeyd edib ki, Moskva dəfələrlə və müxtəlif səviyyələrdə İrəvanı narahat edən məsələləri müzakirə etməyə hazır olduğunu açıq şəkildə bəyan edib. /publika.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
turkustan.az

10Mənbələr