AZ

Fransa daha bir ilki əlindən verdi

Prezident Emmanuel Makronun gözlənilmədən Fransada növbədənkənar seçki keçirmək qərarı bazarlara mənfi təsir göstərib və Paris təxminən 2 ildir əlində saxladığı Avropanın ən böyük bazar dəyərinə malik birjasına sahiblik ünvanını Londona təhvil verməli olub. 

"Cebhe.info" xəbər verir ki, Makronun sürpriz erkən seçki qərarı ölkədə riskləri artırıb. Bu, xüsusilə Fransa bank sektoruna mənfi təsir edib. Birjada son itkilərlə birlikdə Fransa Birjasında şirkətlərin bazar dəyəri 3,13 trilyon dollara qədər azaldı. 3,18 trilyon dollarlıq bazar dəyəri ilə London Birjası 2 il əvvəl Parisə uduzduğu Avropanın ən böyük birjası ünvanını geri qaytardı. 

İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçılar üstün olduqdan və Makron erkən seçki keçirmək qərarına gəldikdən sonra Fransa şirkətlərinin bazar dəyərində təqribən 258 milyard dollar azalma olub. Ölkədə keçiriləcək erkən seçkilərin yaratdığı siyasi qeyri-müəyyənlik mühitində Fransa fond bazarının göstəricisi olan CAC 40 indeksi 6 faizdən çox itki ilə 2002-ci ildən bəri ən böyük həftəlik itkisini yaşanıb. 

Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı Milli Birlik (MN) 31,37 faiz səslə böyük fərqlə birinci, Prezident Emmanuel Makronun partiyası Rönesans isə 14,60 faiz səslə ikinci olub. AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron parlamenti buraxmaq və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
34
cebheinfo.az

10Mənbələr