AZ

COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib - Yalçın Rəfiyevrn 

COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib. Azərbaycanın bu tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Trend xəbər verir ki, bunu Bakıda COP229-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi insan sağlamlığına ciddi təsir edir.

“İqlim dəyişikliyinin təsirləri getdikcə artır. Biz daha dayanıqlı gələcək üçün çalışmalıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
23
hit.az

10Mənbələr