AZ

Azərbaycanda istehlak bazarı 4 faiz böyüyüb

2024-cü ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib.

Bu göstəricinin həcmi 2023-cü ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.

    Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq 26 milyard manata bərabər olmuş, onun 43,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

    Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 531,5 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox vəsait xərcləyib.

    Ən sərfəli kredit üçün müraciət et

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    126
    4
    banco.az

    10Mənbələr