Almaniya və ABŞ tədqiqatçıları indiki Meksika ərazisində yerləşən dağıdılmış Çiçen-İtsa şəhərindən tapıntıları tədqiq ediblər.
1967-ci ildə aşkar edilən çultunda qurban ayinindən sonra basdırılan 100-dən çox uşağın qalıqları olub. Əvvəllər bunların qızlar və gənc qadınlar olduğuna inanılırdı, lakin qalıqlardan onların cinsini müəyyən etmək çətin idi.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qalıqların genetik analizini aparan tədqiqatçılar müəyyən ediblər ki, qədim mayyalar bu yerdə yalnız dörddəbiri bir-biri ilə qohum olan oğlan uşaqlarını qurban veriblər.
Almaniyanın Maks Plank İnstitutunun tədqiqatçılarından Katrin Neqele deyir: “Ən təəccüblü olanı iki cüt eyni əkizi müəyyən etməyimiz idi”.
Skeletlərin hissələri bir-birinə qarışdığından, alimlər kəllənin sol tərəfini araşdırmaq qərarına gəliblər. Ümumilikdə, tədqiqat zamanı 64 nəfərin qalıqlarına baxış keçirilib.
Tədqiqat əsnasında qurbanların DNT testləri bu gün Çiçen-İtsadan 6 kilometr məsafədə yerləşən Tikskakaltub şəhərində yaşayan 68 nəfərin qan nümunələri ilə müqayisə edilib. Onların qurban kəsilənlərin qohumları olduğu aşkar edilib və bu, mayyaların qurbanlarını yaxınlıqda yaşayan insanlardan seçdiklərini göstərir.
Tədqiqat göstərir ki, çultun ən azı 500 il, yəni 6-12-ci əsrlər arasında istifadə edilib.
Mənbə: AZƏRTAC