İyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub. Bakuinfo.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta