AZ

Xorvatiyanın sabiq Prezidenti: Daha yaxşı gələcək üçün biz siyasətçilər də əlimizdən gələni edirik

Xorvatiyanın

Bakı, 19 iyun, AZƏRTAC

Sülhü əldə etmək üçün xərclənən pul dünyanın gələcəyi uğrunda uğurlu mübarizədə ilkin şərtdir. Bu cür tədbirlər və müzakirələr daha yaxşı gələcək üçün ilkin şərti asanlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda keçirilən panel müzakirələri zamanı söyləyib.

O bildirib ki, daha yaxşı gələcək üçün siyasətçilər də səylə çalışırlar: “İqlim dəyişikliyi ilə mübarizədə təbii ki, atılan addımların heç də hamısı uğurlu olmur. Bu prosesə mənfi təsir edən emosional maneələr var ki, buna bəzi siyasətçilərin eqolarının səbəb olduğunu deyə bilərəm”.

Seçilən
73
1
azertag.az

2Mənbələr