AZ

Niyam Salami qarğış etdi, mikrofonunu söndürdülər: "Övladın başına daş düşsün"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İndi mənim 47 yaşım var. Övladın başına daş düşsün. (Bu sözlərdən sonra müğənni Niyam Salaminin mikrofonu səs rejissoru tərəfindən söndürülüb). Övladımın olmasını Allah mənə göstərməsin. O uşaq "lya-lya" edib böyüyür və böyüyəndən sonra başına elə oyun açır ki, o zaman insanın ağlı başından gedir. Mən o məsuliyyətin altına girə bilmərəm. Mənim üçün övlad "atam" deməkdir. Onu böyüdəcəyəmsə, "atam" kimi bir insan böyütməliyəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu verilişlərin birində deyib.
Sənətçi illər əvvəl qurduğu ailəsi və xanımından söz açıb. N.Salami bildirib ki, onların uşağı xanımının bətnində tələf olub:
"Ailə - gəlinin gül atması, dəbdəbəli gəlinlik geyinməklə, rəqs etməklə, filankəs "Bentley" avtomobili ilə gəlib, məndə belə istəyirəm kimi şeylər demək deyil. Kiminsə bəhsi ilə nələrsə etmək ailə demək deyil. Ailənin təməli olmalıdır. Ailə quranda xanımıma dedim ki, sənin mənə bahalı mebelin və bahalı brilyant üzük almağın lazım deyil. Mənim brilyantım sənsən. Həyatımı brilyanta çevirən sən olmalısan. Ailəmizin alınmamasının günahı hər ikimizdə oldu. Bizim xasiyyətimiz tutmadı. Mən xanımımla nişanlanandan sonra onu sevməyə başlayırdım. Xanımımın səliqəsi, sahmanı gözəl idi. Bunu itirə bilmərəm. Bir il yarım ailəli olduq. Xasiyyət və xüsusiyyət adlı məsələ var, öyrəşməlisən, sən onun iyini belə hiss etməlisən. Bizdə bunlar olmadığı üçün ayrıldıq. Bizim övladımız olmalı idi yəni dünyaya gələcəkdi amma problemlər oldu. Xanımımın bətnində körpə tələf oldu".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
43
oxu.az

10Mənbələr