®13 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları yerləşdirildi. Premium bazar seqmentində listinqə daxil edilmiş qiymətli kağızların ümumi həcmi 50 000 000 AZN təşkil edib.
İstiqrazlar üçün abunə yazılışı 5 iş günü ərzində davam edəcək, 14 iyun 2024-cü il tarixindən başlayacaq və 25 iyun 2024-cü il tarixinə tamamlanacaq. Qiymətli kağızların yerləşdirilməsi 27 iyun 2024-cü il tarixində həyata keçiriləcək.
Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, tədavül müddəti isə 1 il təşkil edir. Gəlirə gəldikdə isə, qiymətli kağızlar investorlara illik 10% gəlirlilik təmin edəcək. İstiqrazların ödəmə periodu ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq təyin edilib. Anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olan qiymətli kağızların sayı 500 000 ədəd təşkil edir.
İstiqrazlara investisiya ilə maraqlanır, kapital bazarlarında etibarlı maliyyə alətlərinə yatırım etmək istəyirsinizsə, “PAŞA Kapital” ilə əlaqə saxlaya bilərsiniz.
“PAŞA Kapital”-ın xidmət və məhsulları barədə daha ətraflı məlumat üçün https://www.pashacapital.az/ rəsmi saytına daxil ola və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.