ABŞ Rusiya Federasiyası, Şimali Koreya, Çin və İran arasında hərbi ittifaqın perspektivlərini qiymətləndirib
Rusiya, Şimali Koreya, Çin və İran indiki mərhələdə hərbi ittifaq yaratmayıb. Bu barədə Amerikanın “Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən yazır.“ABŞ-ın hazırkı və keçmiş rəsmiləri bildiriblər ki, Rusiya ilə Şimali Koreya, İran və Çin arasında genişlənmiş təhlükəsizlik əlaqələri hələlik Qərbin Şimali Atlantika Müqaviləsi Təşkilatı kimi rəsmi hərbi ittifaq təşkil etmir”.Qeyd olunur ki, Rusiya, Çin, Şimali Koreya və İran tamhüquqlu hərbi-siyasi birlik yaratmaq əvəzinə münasibətləri inkişaf etdirmək üçün bir sıra ikitərəfli təmaslarla məhdudlaşır.Eyni zamanda, qəzetin yazdığına görə, adıçəkilən ölkələr arasında “daha geniş strateji və diplomatik əməkdaşlıq əlamətləri olan yeni oxun ilk konturlarından” danışmaq hələ də mümkündür, çünki məsələn, Çin “mərkəzdə”dir. Mənbə: A Haber
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta