AZ

Qərb Zelenskini Zalujnı ilə əvəzləyəcək? - Rusiya Xarici Kəşfiyyat Xidməti sirrləri açdı

Qərb Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskini qurban verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

Qurumdan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı Valeri Zalujnı Amerika Birləşmiş Ştatlarında Ukrayna prezidenti vəzifəsinə “ən uyğun” namizəd hesab olunur.
“Hələlik Vaşinqton və onun tərəfdaşlarını hazırkı vəziyyət narahat etmir, çünki Zelenskinin legitimliyi tamamilə Qərb dəstəyindən asılıdır", Rusiya Xarici Kəşfiyyat Xidməti vurğulayıb.

Bundan əvvəl mediada belə xəbər yayılmışdı ki, Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsindən azad edilməsini Ukrayna Prezidentinin aparat rəhbəri Andrey Yermak təşkil edib. Guya o, Zalujnını özünə rəqib hesab edib.

Xatırladaq ki, Zalujnı işdən çıxarıldıqdan sonra Böyük Britaniyaya səfir təyin edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
3
bizim.media

4Mənbələr