AZ

"Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir"

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb, əksər zəvvar Məkkə şəhərində ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.

 

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir:

 

"Biz Həcc ziyarətinə göndərdiyimiz zəvvarların təyyarə, yemək, su, nəqliyyat, kondisioner və digər xərclərini həll edirik. Qeyri-qanuni gələnlər isə hara getsələr, piyada gəzməli olurlar, gün vurur, ac-susuz qalırlar və belə hallar yaşanır. Eyni zamanda, qeyd edim ki, bu il havanın temperaturu daha da istidir. Ziyarət zamanı hər il temperatur 42-43 dərəcə olurdusa, bu il 48 dərəcə müşahidə olunur. Günəşdə temperatur 50 dərəcəyə çatır. Bizim zəvvarların bütün ehtiyacları qarşılanır. Qeyd edim ki, bizim zəvvarların vəziyyəti yaxşıdır".

 

APA

Tarix: 20 İyun 2024, 21:18   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
10
pravda.az

10Mənbələr