AZ

"Excelsior Hotel & SPA Baku" işçi axtarır - VAKANSİYA

Excelsior Hotel & SPA Baku

Təchizat üzrə menecer

Son tarix 20 iyl 2024 /- [email protected]

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Ali;
  • Dil bilikləri: Azərbaycan – Əla; Rus dili- Yaxşı; İngilis dili- Yaxşı
  • Minimum təcrübə: müvafiq sahə üzrə 5 il
  • Otelçilik sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir

Fərdi keyfiyyət göstəriciləri:

  • Məsuliyyətlilik;
  • Planlama və təşkilatçılıq;
  • Zamanın düzgün idarəolunması;
  • İdarəetmə;

İş barədə: 

  • Malların qəbul olunması, saxlanması və təqdim olunması funksiyalarına nəzarət etmək;
  • Otel və onun iş fəaliyyəti üzrə bütün müvafiq ehtiyatların təsdiqlənməsi;
  • İşlərin ardıcıl olaraq davam etməsi üçün ehtiyatların minimum və ya maksimum səviyyəsini müəyyən etmək;
  • Anbarda saxlanılan bütün məhsulların aylıq yoxlanışını həyata keçirmək;
  • Məhsulların saxlanması və təqdim edilməsi üçün F.I.F.O. tətbiq etmək;
  • Bütün qida və içki məhsullarının istifadə müddətinin başa çatıb-çatmadığının  yoxlanmasına nəzarət etmək;
  • Az istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq;
  • Bütün potensial real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq;
  • Bütün malların optimal şəraitdə saxlanmasını və təslim etmə üçün hazır olmasının təmin etmək;
  • Bütün anbar ərazilərinin təmiz olmasını və yüksək gigiyena standartlarına cavab verməsini təmin etmək;
  • Mallar və xidmətlərin effektiv qəbulundan istifadə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək;
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək, düzgün əməliyyat standartları və prosedurlarına riayət olunmasını təmin etmək;
  • Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarının yoxlanılıb təsdiq edilməsi;
  • Anbarlardan çıxan bütün malların təslimatının tam başa çatdırılmış, hesabı bağlanmış/təsdiq olunmuş anbar tələbnamələrinə görə aparılmasının təmin edilməsi;
  • Şöbələr daxilində qəbul prosesi ilə bağlı daxili nəzarət siyasəti və prosedurlarını həyata keçirmək;

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək
  • Könüllü tibbi sığorta
  • Ödənişsiz parklanma
  • Nahar şirkət tərəfindən verilir

İş yeri:

  • Bakı, Heydər Əliyev prospekti 2

Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə Təchizat üzrə menecer yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
160
50
fed.az

10Mənbələr