"Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişu Batşuayi "Qalatasaray"a keçir.
Bizim.Media "NTV Spor"a istinadən xəbər verir ki, artıq tərəflər arasında müəyən razılıq əldə olunub.
"Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu da açıqlamasında belçikalı hücumçu ilə danışıq aparıldığı təsdiqləyib:
"Biz Batşuayi ilə danışırıq və müəyyən razılıq var. Amma rəsmi imzalar atılmayıb. Bu halda nəsə deməyim düzgün deyil. O, bizim maraqlandığımız, bəyəndiyimiz, komandamızda görmək istədiyimiz oyunçudur".
Qeyd edək ki, Belçika millisinin üzvü 2022-ci ildən "Fənərbaxça"da çıxış edir. O, başa çatan mövsümdə 43 oyuna 24 qol vurub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta