AZ

Mingəçevirdə dünən baş verən güclü külək ciddi fəsadlar yaradıb

Mingəçevirdə dünən baş verən güclü külək ciddi fəsadlar yaradıb. SİA xəbər verir ki, güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən, 27 ağacın iri budaqların qırılaraq yerə düşürüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə yaranıb, 1 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşərək sürücüyə xəsarət yaradıb, Z.Həsənova 2-də 1 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyünü uçurub, 5 nəfər şəhər sakini ağac aşması nəticəsində xəsarət alıb.

Məlumata görə, ağac aşması nətiəsində 1 nəfər Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu vəfat edib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
sia.az

3Mənbələr