İranda yaşayan sünnilərin nüfuzlu təşkilatı - İran Sünnilərinin Milli Şurası iyunun 28-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, bu barədə şuranın sosial media hesabında paylaşım edilib.
Bəyanat müəllifləri sünnilərə qarşı ayrı-seçkiliyi xatırladaraq, seçkilərin onların vəziyyətinin dəyişdirilməsi üçün heç bir əhəmiyyət daşımadığını vurğulayıblar:
“İranda həqiqi və xalqların iradəsinə əsaslanan seçkilər keçirilməyib. Bu, sadəcə hakimiyyətə legitimlik qazandırmaq üçün qurulan nümayişdir”.
İran Sünniləri Milli Şurası ölkədə yaşayan bütün sünniləri iyunun 28-dəki seçkiləri boykot etməyə, hakimiyyətin şousunda iştirak etməməyə çağırıb.