AZ

Tovuzda zəncirvari QƏZA - Ölən və xəsarət alanlar var

Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə Tovuz şəhər bazarının yaxınlığında baş verib.

 

Belə ki, 1956-cı il təvəllüdlü N.Cəfərovun idarə etdiyi avtomobil bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində N.Cəfərov ölüb, 1970-ci il təvəllüdlü K.Şirinova və 1956-cı il təvəllüdlü Q.Şirinov xəsarət alıb.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
16
sfera.az

10Mənbələr