Xaçmazda avtomobil piyadanı vurub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Hülövlü kənd ərazisində qeydə alınıb.
Kənd sakini, 42 yaşlı Teymur Şıxbala oğlu Müslümov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 46 yaşlı qadını vurub.
Həmkəndlisi olan qadın xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qəzanın başvermə səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta