AZ

"ABŞ İsrailin "Dəmir günbəz"inin "Hizbullah"ın öhdəsindən gələ bilməyəcəyindən ehtiyat edir" - CNN

 
"İsrailin HHM sistemi aşağı hündürlükdə uçan, dağlar və dərələrdə sərhəd boyunca manevr edən yüksək sürətli PUA-ları aşkar etmək iqtidarında deyil..."
 
ABŞ rəsmi şəxsləri İsrailin "Dəmir günbəz" hava hücumundan müdafiə sisteminin yəhudi dövlətinin İran tərəfindən dəstək verilən Livanın "Hizbullah" terrorçu təşkilatı ilə tammiqyaslı müharibənin baş verəcəyi təqdirdə bütün raket və dronları vurmaq iqtidarında ola bilməyəcəyindən "ciddi şəkildə narahatdır".
 
Moderator.az xəbər verir ki, bu barədə CNN teleşirkəti Amerikanın üç mənbəyinə istinadən məlumat verib.
 
Məlumata görə, Amerika və İsrailin yüksək vəzifəli şəxsləri son onillikdə "Hizbullah"ın topladığı raket və dronların böyük arsenalı qarşısında "Dəmir günbəz"in mümkün həssaslığını müzakirə edib.
 
Teleşirkət qeyd edir ki, Qüds Vaşinqtonu Livan terrorçularına qarşı mümkün hücum əməliyyatına hazırlıq üçün Qəzzanın cənub bölgəsindən HHM batareyası da daxil olmaqla bəzi resurslarının İsrailin şimalına köçürülməsinin planlaşdırdığı barədə məlumatlandırıb.
 
"Dəmir günbəz"ə gəldikdə isə, İsrail rəsmi şəxsləri ABŞ-a bəyan edib ki, onların fikrincə, HHM-in bu sistemi nəzəri cəhətdən xüsusilə İsrailin şimalında həssas ola bilər və son zamanlar "Hizbullah"ın zərbələrinin məkrliliyini qeyd edib.
 
Bu barədə iki amerikalı məmur qəzetə məlumat verib. Onların birinin sözlərinə görə, İsrailin əsas problemi "Hizbullah" tərəfindən çoxlu sayda yüksək dəqiqli mərmi və raketlərdən istifadə edilməsidir.
 
Bu həftə Livanın terror təşkilatı doqquz dəqiqəlik kəşfiyyat dronlardan çəkilməsi güman edilən video dərc edib. Burada İsrailin bir neçə şəhərlərində məxfi hərbi obyektlər göstərilib.
 
Əgər videoyazı həqiqidirsə, bu o deməkdir ki, düşmən dronları təkcə maneəsiz çəkiliş aparmağı deyil, həm də hücum etməyi bacara bilər.
 
CNN-lə söhbətində amerikalı ekspert qeyd edib ki, tammiqyaslı müharibənin baş verəcəyi təqdirdə İsrailə ən çox o cümlədən əlavə HHM sistemləri və "Dəmir günbəz" üçün döyüş sursatları lazım ola bilər və ABŞ onları əlbəttə ki, tədarük edəcək.
 
"The Washington Post" nəşri həmçinin məlumat verib ki, "Hizbullah"ın böyük olmayan aşağı texnoloji dronları bu yaxınlarda İsrailin şimalında "Dəmir günbəz"in maneəsini keçə bilib.
 
Nəşrin məlumatına görə, İsrailin düşmənin əksəriyyət raket və artilleriya mərmilərini məhv edə bilən HHM sistemi aşağı hündürlükdə uçan, dağlar və dərələrdə sərhəd boyunca manevr edən yüksək sürətli PUA-ları aşkar etmək iqtidarında deyil.
 
Belə aparatlar 200 km/saat sürətlə uça və İsrailin aşkaretmə sistemlərindən yan keçə bilər. Bu qurğuların bir çoxundan "Hizbullah" yaraqlıları kəşfiyyat məlumatlarının toplanması və partlayıcı maddələrin atılması üçün istifadə edir.
 
Vəziyyəti mürəkkəbləşdirən odur ki, İsrail hərbçiləri yaraqlıların dronlarını öz dronları və ya quşlar kimi qəbul edə bilər.
 
"Hizbullah"ın özünə gəldikdə isə, iyunun 18-də bu təşkilat qürurla məlumat verib ki, onun İran istehsalı olan "Houdhoud" kəşfiyyat dronu İsrail ərazisinin 20 km dərinliyinə uçuş edib və Hayfa limanı rayonunda strateji obyektlər barədə mühüm məlumatla bazaya qayıdıb. İsrail HHM tərəfindən düşmən dronunu aşkar edib məhv etmək mümkün olmayıb.
 
Bundan öncə məlumat verilib ki, son zamanlar öz komanda heyətinin böyük hissəsindən məhrum olan və Livanın cənubunda viranedici dağıntılar törədən "Hizbullah" lideri şeyx Həsən Nəsrullah israilliləri ciddi savaş olacağı təqdirdə "Qalileyi zəbt etməklə" təhdid edib.
 
"İsraillilərin şimala nə zaman dönəcəyi yalnız bizdən asılıdır. Livana qarşı müharibə təhlükəsi bizi qorxutmur. Biz ən ağır günlərə hazırlaşmışıq. Düşmən onu nə gözlədiyini bilir, ona görə də artıq doqquz aydır ki, sakit davranır", - Nəsrullah bəyan edib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
14
moderator.az

8Mənbələr