AZ

Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini dövlət kimi tanıması qərarını müsbət qarşılayıb.

 News365.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

"İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi dövlətlərdən sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir.

Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik", Türkiyə XİN bəyanatında bildirib.

Xatırladaq ki, bu gün Ermənistan XİN Fələstinin dövlət kimi tanınması barədə bəyanat yayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
19
news365.az

10Mənbələr