AZ

İranda 4 nəfərə ölüm cəzası verilib - Saxta içkiyə görə

İranın Əlborz əyalətinin Kərəç şəhərində saxta spirtli içki istehsal edən və yayan 4 nəfərə "yer üzündə fitnə-fəsad törətmək" ittihamı ilə ölüm hökmü verilib".

 News365.az "İHA"ya istinadən xəbər verir ki, bununla bağlı Əlborz vilayətinin baş prokuroru Hüseyn Fazili açıqlama verib.

Onun sözlərinə görə, saxta içkiyə görə son bir ildə 17 nəfər həyatını itirib, 191 nəfərə ciddi ziyan dəyib. 

"Ötən il İranın Şərqi Azərbaycan, Əlborz, Hörmüzqan, Tehran, Mazenderan və Qəzvin əyalətlərində saxta spirtli içkilər üzündən xeyli insan həyatını itirib. Kərəç şəhərində saxta spirtli içki istehsalı və istifadəsi ilə əlaqədar başladılan istintaqda nəzarətə alınan 11 adamdan 4-ü edam cəzasına məhkum edilib, digər 7 nəfərlə bağlı həbs cəzası verilib" - deyə Fazili qeyd edib.


Seçilən
193
17
news365.az

10Mənbələr