AZ

“Gilan Holding”in çevrildiyi şirkət öz sədrini məhkəməyə verdi

“Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC öz sədrini məhkəməyə verib.

Hurriyyet.az xəbər verir ki, “ölkə.az”ın məlumatı na görə, şirkət Hüseynov Mübariz Əhmədağa oğlu ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti korporativ mübahisələrdir.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, M.Hüseynov daha əvvəl “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri olub, şirkət adını dəyişərək “Xəzri Solutions” MMC-yə çevrildikdən sonra da ona rəhbərlik edib və hazırda bir ilə yaxın müddətdir ki, ləğv prosesində olan MMC-nin qanuni təmilçisidir. 

Onu da qeyd edək ki, “Gilan Holding” fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınıb. Bir neçə il əvvəl isə şirkətin artıq onun nəzarətindən çıxması ilə bağlı məlumatlar yayılmışdı.

Seçilən
58
3
hurriyyet.az

4Mənbələr