AZ

İsraildən Ermənistana XƏBƏRDARLIQ

İrəvanın Fələstini tanıması onun İsraillə münasibətlərinə mənfi təsir göstərəcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İsailin Baş naziri Binyamin Netanyahu ofisinin müşaviri Dmitri Gendelman deyib:

“Ermənistanın Fələstin dövlətini tanıması HƏMAS və digər Fələstin qruplaşmalarının terrorçuları və qatilləri üçün bir mükafatdır. Bu addım İsrail və Ermənistan arasında münasibətlər üçün ciddi uzunmüddətli nəticələrə səbəb olacaq”, - deyə o, "Telegram" kanalında yazıb.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, İrəvan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Fələstin dövlətini tanıyır. Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Ermənistanın yəhudi dövlətindəki səfirini “ciddi töhmət vermək üçün” çağırıb.

Seçilən
115
28
unikal.az

10Mənbələr