AZ

Bu gün müəllimlərin sertifikasiyası imtahanında 8 580 nəfər iştirak edib

Bakı. Trend:

İyunun 21-də keçirilən müəllimlərin sertifikasiyası imtahanınilk mərhələsində 8580 riyaziyyat müəllimi iştirak edib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Trend-əbildirilib ki, prosesin ilk günündə 97 faiz davamiyyət qeydəalınıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri dədaxil olmaqla ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzindətəşkil edilir.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətindətəhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına,tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdimedilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələninnəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdəproqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başaçatdıqdan dərhal sonra namizədə elan edilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlərsertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququqazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixliqərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinintəhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraqtədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticəgöstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
10
az.trend.az

10Mənbələr