Çinin Çenqdu şəhərindəki nəhəng panda tədqiqat bazasına onlarla turistə heyvanlara qarşı pis rəftarına görə ömürlük qadağa qoyulub.
Sfera.az bildirir ki, Tədqiqat Bazasının rəsmi WeChat hesabında yerləşdirilən yazıya görə, yaşı 26-dan 61-ə qədər olan ümumilikdə 12 nəfərin mərkəzə daxil olması ömürlük qadağan edilib.
Məlum olub ki, turistlər pandaların üstünə bambuk atıb, onların qəfəsinə tüpürüblər.
Pis davranan ziyarətçilər bambuk tumurcuqları, lolipop çubuqları, siqaret, yumurta və ya çörək atarkən və pandaların açıq oyun sahəsinə tüpürərkən aşkarlanıblar.
Tədqiqat bazası vandal turistlərin adını açıq şəkildə paylaşmayıb və onların konkret hansı millətdən olduqlarını açıqlamayıb. Təkcə onların eyni şirkətdən olmadıqlarını və eyni vaxtda Mərkəzə gəlmədikləri bildirilib. Qanun pozuntuları bu ilin aprel-iyun ayları arasında baş verib.
Çenqduda pandalar
Çenqdunun ən məşhur turistik yerlərindən biri olan bazanın saytında ziyarətçilər üçün ətraflı təlimatlar var.
"Lütfən, öz təhlükəsizliyinizi və heyvanların təhlükəsizliyini nəzərə alın"-bir paraqrafda qeyd olunub.
Turistlərdən eyni zamanda səssiz qalmaları və pandalardan uzaq durmaları xahiş olunur.
Onlara tüpürmək, zibil və yemək atmaq qadağandır. Ümumiyyətlə heyvanları qıcıqlandıran hər şeydən uzaq durmaq tövsiyə edilir.
Təlimatlarda daha sonra bildirilir ki, bu qaydaların pozulması cəzalandırılma ilə nəticələnə bilər. Qaydanı pozanlar açıq şəkildə qovula, yaxud bir il, beş il və ya ömürlük parka girişləri qadağan edilə bilər.
Qeyd edək ki, bu nəhəng Panda Yetiştirilməsi üçün Chengdu Araşdırma Bazası 1987-ci ildə Çinin cənub-qərbindəki Sıçuan əyalətində açılıb. Rəsmi saytında mərkəzin məqsədinin dünya səviyyəli tədqiqat mərkəzi, təbiəti mühafizə üzrə təhsil mərkəzi və beynəlxalq təhsil turizmi məkanı olmaq olduğu vurğulanır.
Baza nəhəng pandaların təbii yaşayış mühitini yenidən yaratmaq üçün nəzərdə tutulub.
Alimlər burada heyvanların daha rahat mühitdə özlərini hiss etmələri üçün bir sıra ekstremal tədbirlər həyata keçirir. Məsələn, heyvanların insan qoxularından narahat olmamaları üçün onlara panda sidiyi püskürdülmüş panda kostyumları geyindirilir.
2018-ci ildə Ümumdünya Vəhşi Təbiət Fondu nəhəng pandaların reytinqini "təhlükəli" statusdan "həssas" statusa endirib. Belə ki, hal-hazırda vəhşi təbiətdə təxminən 1800 panda yaşayır.
Aynil