AZ

Qubada çay daşdı:körpüyə, evlərə və təsərrüfatlara ziyan dəyib - FOTO + VİDEO

Güclü leysan yağışları nəticəsində Cağacıq çayına güclü sel gəlib.

APA xəbər verir ki, Cağacıq çayı Quba rayonunun Rustov kəndi ərazisində məcrasından çıxıb.

Nəticədə çayın üzərindəki körpülərdən birinə, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.

Qeyd edək ki, hazırda Quba rayonunun yüksək dağlıq ərazilərində leysan müşahidə edilir.

 

QubadaQubadaQubada

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
9
avtosfer.az

10Mənbələr