AZ

Daha bir ölkədə illər sonra quş qripi aşkarlandı

Qabonda 2022-ci ildən bəri ilk dəfə olaraq quş qripi aşkarlanıb.

Medicina.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) məlumat yayıb.

Məlumata görə, quş qripinin "H5N1" ştammı ilə yoluxma ocağı Librevil şəhərinin quşçuluq bazarında aşkarlanıb.

Qabon hakimiyyətinin Parisdə yerləşən WOAH-a təqdim etdiyi hesabatda virusun Librevildəki "Mont Bouet" quşçuluq bazarında quş qripinə qarşı epidemioloji nəzarət çərçivəsində götürülən nümunələrdə aşkar edildiyi bildirilib.

Yoluxan quşların hansı fermadan gəldiyini müəyyən etmək mümkün olmayıb.


Aysel
Seçilən
133
4
medicina.az

5Mənbələr