Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında məktəblərin 76 faizindən çoxunun yenidənqurma və təmirə ehtiyacı olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, iyunun 15-də İsrail Qəzzanın cənubundakı Rəfah şəhərindəki UNRWA məktəbini artilleriya hücumları ilə vurarkən, hadisə zamanı çoxlu fələstinli ölüb və yaralanıb.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 431 fələstinli həyatını itirib, 85 min 653 nəfər isə yaralanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta