Qubadan keçən bütün çaylarda daşqın fəsadlara yol açıb.
Bizim.Media xəbər verir ki, Qudyalçay, Cağacuqçay, Ağçay və digər çaylardan güclü sel keçib, ətraf yaşayış məntəqələrini su basıb.
Quba-Xınalıq yolunda yerləşən hotel ərazisini su basıb, turistlərin avtomobili suyun içində qalıb.
Qusarda Şahdağ-Ləzə yolu da güclü sel səbəbindən bağlanıb. Qusarçayın daşması yolu tamamilə dağıdıb.
Xaçmaz ərazisindən keçən çaylarda da güclü artım fəsadlara yol açıb.
Bölgə rayonlarına dəyən ziyan müvafiq komissiya tərəfindən açıqlanacaq.