AZ

Livanın ikinci Qəzzaya çevrilməsinə tab gətirə - Quttereş

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu Yorkdakı qərargahında Təhlükəsizlik Şurasından çıxarkən mətbuata açıqlama verib.

APA xəbər verir ki, Quterreş regionun və dünya xalqlarının Livanın ikinci Qəzzaya çevrilməsinə tab gətirə bilməyəcəyini deyib.

“Bu gün İsrail və Hizbullah arasında mavi xətt üzrə gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etmək məcburiyyətində qaldım. Hər iki tərəf “sanki hərtərəfli müharibə yaxınlaşır” kimi döyüşkən ritorika səsləndirirlər.” – deyə o bildirib.

Daha sonra Yaxın Şərqdə qarşıdurmanın genişlənmə riskinə diqqət çəkən Quterreş tələsik bir addımın, təkcə bir yanlış hesablamanın təsəvvürə gətirilə bilinməyəcək bir fəlakətə səbəb ola biləcəyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
6
aznews.az

7Mənbələr